Nurəddin Mehdixanlıdan sərt reaksiya: "O mənim qızım deyil"

Nurəddin Mehdixanlıdan sərt reaksiya: "O mənim qızım deyil"

Ötən gün mətbuatda aktrisa Kəmalə Quliyevanın xalq artisti Nurəddin Mehdixanlının qızı kimi təqdim olunub. Belə ki, bu xəbər mediada böyük səs-küyə səbəb olub. SİA-ya açıqlama verən xalq artisti sözügedən xəbərin tamamilə yalnış olduğunu bildirib: "Bu günlərdə xəbər saytlarında, sosial şəbəkələrdə yayılan Kəmalə Quliyevanın mənim qızım olması ilə bağlı məlumat tamamilə yalnışdır. Kəmalə Quliyeva ilə heç bir qohumluq əlaqəm belə yoxdur. Mənim 2 qızım, bir oğlum var və heç biri aktrisa və ya müğənni deyil. Sözügedən xanımla aramda yeganə yaxınlıq soyad bənzərliyidir. Yalan xəbəri yazanlar və yayanlar qanun çərçivəsində cavablarını alacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə