Nizami Kino Mərkəzində uşaqlara pulsuz cizgi filmi nümayiş olunub
Nizami Kino Mərkəzində Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə "Sehrli ev" cizgi filmi pulsuz nümayiş olunub. Mərkəzdən SİA-ya verilən məlumata görə, Amerika və Belçika istehsalı olan "Sehrli ev" animasiya filmi hər şeyə maraq göstərən küçə pişiyinin qoca illüziyaçı Lorensonun sirlərlə dolu evinə düşməsindən bəhs edir. Çoxlu heyvan yaşayan bu evdə yeni sakini heç də xoş qarşılamırlar. Xüsusilə də dovşan Cek və siçan Minni ona qarşı şübhə ilə yanaşırlar. Lakin qoca Lorenso xəstəxanaya düşdükdə yaxın qohumunun onun evini satmaq istədiyini öyrənən heyvanlar, birləşmək məcburiyyətində qalırlar və evi xilas etmək planında əsas əziyyət pişiyin boynuna düşür.
Filmi Ben Stassenin ssenarisi əsasında rejissor Ceremi Deqruson ekranlaşdırıb.
Qeyd edək ki, cizgi filmini izləməyə gələn şagirdlər və müəllimlər Nizami Kino Mərkəzinin bu təşəbbüsündən razı qaldıqlarını bildirmiş və belə xeyirxah aksiyaların mütəmadi keçirilməsini arzu ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB