“İncilər” media qrupundan yeni xəbər var FOTOLAR

“İncilər” media qrupundan yeni xəbər var FOTOLAR

"Xəzər" televiziyasında yayımlanan "İncilər" verilişinin aparıcısı dəyişilib. "İncilər"in direktor müavini Nicat Abbasov mətbuatda gedən informasiya ilə əlaqədar strategiya.az-a məlumat verib. O bildirib ki, mediada yayılan xəbərlər tam olaraq həqiqəti əks etdirmir. Belə ki, "İncilər"in aparıcısı Arzu Həmzəyevanı bundan sonra Samirə Rüstəmova əvəz edəcək. "İncə sənət" verilişini isə əvvəlki kimi Nana Hüseynova aparacaq. Qeyd edək ki, mediada hər iki verilişin aparıcısının dəyişildiyi barədə xəbər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə