“Şərqdə ilk demokratik respublika” FOTOLAR

“Şərqdə ilk demokratik respublika” FOTOLAR

Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Tahir Salahovun ev muzeyində Elmi-Mədəni Mərkəz tərəfindən "Şərqdə ilk demokratik respublika" 28 May –Respublika Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Müstəqilliyi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

Konfransda tarixçi alimlər və "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin əməkdaşları iştirak edib. Tədbir zamanı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları və Azərbaycanın bir sıra tarixçi alimləri məruzələrlə çıxış etmiş, mövzuya dair müzakirələr aparılıb.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılara 28 May-Respublika günü ilə əlaqədar elmi-praktik konfransın ayrıca kitab şəklində nəşr edilmiş tezislər və məqalələr topluları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə