Aleksey Rıbnikov Bakıya gəlir

Əməkdar artist Aleksey Rıbnikov Heydər Əliyev Sarayında çıxış edəcək. SİA-nın məlumatına görə, 31 may tarixində Aleksey Rıbnikov və onun məşhur teatrı "Yunona və Avos" ("Юнона и Авось") əfsanəvi rok-operasını bakılı tamaşaçılara təqdim edəcək.

Nəzərinizə çatdıraq ki, operanın müəllifləri görkəmli rus bəstəkarı, əməkdar artist A.Rıbnikov və şair A.Voznesenskidir.

Qeyd edək ki, "Yunona və Avos" rok-operanın ilk premyerası 1981-ci ildə keçirilib. 30 ildən çoxdur ki, səhnələşdirilən tamaşa hər dəfə eyni anşlaqla qarşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə