“Sevgililərin cəhənnəmdə vüsalı”

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi ilə əlaqədar müəllifin "Sevgililərin cəhənnəmdə vüsalı" əsəri üzərində məşqlərə başlanıb. SİA-nın məlumatına görə, dövlət sifarişi əsasında hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssam Söhrab Ərəbovdur.

Tamaşada əsas rolları əməkdar artistlər İqrar Salamov, Əbülfət Salahov, aktyorlar Xanlar Həşimzadə, Akif Yusifov və başqaları ifa edirlər. Tamaşa iyunun sonunda teatrsevərlərə təqdim olunacaq.

Qeyd edək ki, teatrda, eyni zamanda, Səməd Vurğunun "Vaqif" dramının səhnələşdirilməsi üçün hazırlıq işlərinə başlanıb. Tamaşaya Moskvadan dəvət olunmuş rejissor, Rusiya Federasiyasının və Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev quruluş verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə