Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə qastrol səfərindən qayıdıb. Teatrın mətbuat xidmətindən bildiriblər ki, yaradıcı kollektiv Masallı və Biləsuvar rayonlarında Süleyman Ələsgərov və İsi Məlikzadənin "Hərənin öz ulduzu" tamaşasını təqdim etmişdir. Əsas rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar Artist Novruz Qartal, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva oynayıblar.
Teatrın baş inzibatçısı Sücəddin Şadıyev qastrol səfəri ilə bağlı təəssüratını bölüşərək bildirib ki, kollektivin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Xüsusən müəllimlər, yuxarı sinif şagirdləri, ziyalılar belə səfərlərin mütəmadi olmasını arzulayıblar.
Əməkdar Artist Novruz Qartal səfərdən böyük məmnunluq hissi duyduğunu, insanların həqiqətən də gülüşə, teatra ehtiyacının olduğunu söyləyib. O, belə səfərlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, bunun nəticəsində həm teatra axın artar, həm də tamaşaçılar sevdikləri aktyorları yaxından görmək imkanı qazanarlar.
Aktrisa Gülcahan Salamova da Masallı və Biləsuvardan xoş təəssüratlarla qayıtdıqlarını, insanların üzündə təbəssüm yarada bildiklərinə görə özlərini xoşbəxt saydıqlarını deyib.
Teatr rəhbərliyi isə öz növbəsində qastrolun yüksək səviyyədə təşkilində əməyi olanlara minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB