“Müstəqil Vətənin işıqları”

“Müstəqil Vətənin işıqları”

28 May – Respublika Gününə və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir-sərgi təşkil olunacaq. SİA-nın məlumatına görə, "Müstəqil Vətənin işıqları" adlı sərgidə Nizami rayonunun Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlar dərnəyinin 39 nəfər şagirdlərin, gənc rəssamlar Bəhram Bəhmanov və Ayla Mehrəliyevanın – 124 ədəd əsərləri nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Nizami rayonunun Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlar dərnəyinin rəhbəri Aysel Əmirova və digər qonaqlar çıxış edəcəklər.

Tədbirin bədii hissəsində Yasamal rayonun 24 saylı Uşaq Yaradıcılıq Mərkəzinin uşaqları tərəfindən hazırlanmış bədii-musiqili kompozisiya nümayiş olunacaq. Uşaqlar təşəkkürnamə ilə təltif olunacaqlar. Tədbirdə gənc rəssamlar, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, tədbir mayın 27-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə