Mayın 26-da Muzey Mərkəzinin İncəsənət Qalereyasında Anar Hüseynzadənin "Əsatirlər danışır" adlı fərdi yaradıcılıq sərgisi açılacaq. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək və mayın 28-dək davam edəcək sərgidə rəssamın müxtəlif illərdə çəkdiyi rəsmlər nümayiş etdiriləcək.
Peşəkar rəssamlığa 2006-cı ildən başlamış istedadlı fırça ustası A.Hüseynzadənin əsərləri əsasən ağıldan çox hisslərlə dərk edilməli olan abstrak üslubda olub, müasir incəsənəti təmsil edir. Təsadüfi deyil ki, onun bir neçə əsərinə esse yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB