“Cəfər Cabbarlının tərcümələri” kitabının təqdimatı olacaq

“Cəfər Cabbarlının tərcümələri” kitabının təqdimatı olacaq

Mayın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli dramaturq, şair, yazıçı C.Cabbarlının tərcümə etdiyi əsərlərinin toplusu - "Cəfər Cabbarlının tərcümələri" kitabının təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, mədəniyyət və turizm nazirliyinin sifarişi ilə tərtib edilmiş kitabda ədibin rus və Avropa yazıçılarından tərcümə etdiyi əsərlər toplanıb.

Qeyd edək ki, kitabın tərtibatçısı ədibin nəvəsi, ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə