Türkmən şairi, Şərq ədəbiyyatının tanınmış klassiki Məhdumqulu Fəraqinin 290 illiyi münasibətilə Aşqabad şəhərində "Məhdumqulu Fəraqi və ümumbəşəri mədəni dəyərlər" adlı Beynəlxalq elmi konfrans keçirilir. SİA-nının məlumatəna görə, M. Fəraqinin yaradıcılığı bu gün də ədəbi, tarixi aktuallığını qoruyur, dövlətlərin və xalqların yaxınlaşması, yüksək dostluq ideallarının möhkəmləndirilməsi, habelə ədalət və humanizm mövzularını yüksək sənətkarlıqla ifadə edir. Konfransda Azərbaycan respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan ziyalılarından ibarət nümayəndə heyəti iştirak edir. Səfər çərçivəsində Ə.Qarayevin Türkmənistanın dövlət başçısı, baş nazirin müavini və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB