Vaqif Əliyev: "“Çırpınırdı Qara dəniz”ə şərik və sahib çıxmaq nadanlıqdır”
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında "Çırpınırdı Qara dəniz" mahnısı ilə bağlı Azərbaycanın İstanbuldakı konsulluğuna arayış təqdim olunduğunu bildirib: "Bu məsələ ilə bağlı problem qısa zamanda öz həllini tapacaq. Ermənilər Azərbaycan musiqisinə qarşı vaxtaşırı bu cür əsassız iddialar qaldırırlar. "Çırpınırdı qara dəniz" mahnısı ilə bağlı Azərbaycanın İstanbuldakı konsulluğuna arayış təqdim olunub. Bu mahnının bizə məxsus olması o qədər aşkar məsələdir ki, "Çırpınırdı Qara dəniz"ə şərik və sahib çıxmaq nadanlıqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB