Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Şamaxı şəhərindəki Heydər Əliyev parkında Kitab bayramı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rayon rəhbərləri, ziyalılar, kitabsevərlər, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram mərasimində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri barədə geniş danışılmış, ölkəmizdə elmin, mədəniyyətin inkişafı sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilib.
Bayram tədbirinin iştirakçıları parkda nümayiş etdirilən kitab sərgiləri ilə tanış olublar. Ümummilli lider Heydər Əliyev ilə bağlı nəfis şəkildə çap edilmiş kitablar barədə iştirakçılara müfəssəl məlumatlar verilib.
Kitab bayramında Azərbaycan nağılları əsasında hazırlanmış səhnələr, şairlər məclisi, rəsm müsabiqəsi böyük maraqla qarşılanıb. Şəhərdəki 2 və 9 nömrəli tam orta məktəblərin, Şamaxı Avropa Liseyinin şagirdlərinin, İncəsənət Təhsili Mərkəzinin bədii kollektivlərinin, Mirikənd, Bağırlı kənd mədəniyyət müəssisələrinin gənc ifaçılarının çıxışları maraqla dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB