Mayın 2-dən 8-dək Moldovanın Qaqauz Yeri muxtar bölgəsinin Komrat şəhərində "Xədərləz" beynəlxalq folklor festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalda Azərbaycanı Balakən rayonunun folklor kollektivi təmsil edəcək. Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, festivala yola düşən heyətin tərkibinə kollektivin 13 üzvü, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları daxildirlər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin "Xalq yaradıcılığı paytaxtları" proqramına əsasən, Balakən rayonu 2014-cü ildə "Azərbaycanın folklor paytaxtı" elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB