"Gənc qələm sahibləri"

Prezident yanında Gənclər Fondunun dəstəyi ilə çap olunan "Gənc qələm sahibləri" adlı kitabın təqdimat mərasimi keçiriləcək. SİA-nın xəbərinə görə, gənc yazar Qurbanəli Ömərin rəhbəri olduğu eyni adlı layihə çərçivəsində çap olunan kitabda 30-a yaxın gənc yazarın əsəri yerləşdirilib. Layihənin eksperti, kitabın redaktoru və naşiri tanınmış dedektiv yazıçı Müşfiq XANdır. Əvvəlcədən elan olunan müsabiqədən keçən və kitabda çap olunmaq şansı qazanan yazarların sırasında Könül Həsənqulu, Mahmud Ağakişioğlu, Günay Novruz, Nicat Kazımov, Nərmin Şamilbəyli, Elşad Can Şamil, Sərraf Balaxan, Əfsanə Ələsgərli, Aygün Adilqızı, Ülvi Əhməd, İntiqam Yaşar və başqaları yer alıb.

Kitab "Hədəf Nəşrləri"ndə çap olunub. Kitab mayın 2 də ictimaiyyətə təqsim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə