Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialında gənc qiraətçilərin "Canlı klassika -2014" Beynəlxalq şeir müsabiqəsinin Bakı şəhəri üzrə yekun mərhələsi keçirilib. SİA-nın məlumatına görə, müsabiqədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mərkəzləşdirilmiş kitabxana sistemlərinin oxucuları yarışıblar.
İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilmiş və hər bir iştirakçı münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.
Müsabiqədə Səbail və Nərimanov rayon MKS-lərinin oxucularından Emil Zeynalov, Cənnət Qaşqay və Nəzrin Arıxova Moskva şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, gənc qiraətçilərin "Canlı klassika -2014" Beynəlxalq şeir müsabiqəsinin final mərhələsi Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin təşkilatçılığı ilə iyun ayında reallaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB