Dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məşhur kolumbiyalı yazıçı bu gün səhər saatlarında 87 yaşında Meksikada vəfat edib. Məşhurun pnevmaniyadan əziyyət çəkdiyi bildirilir.
Azərbaycan oxucularının da rəğbətini qazanan Markesi "Yüz ilin tənhalığı", "Gözlənilən bir qətlin tarixçəsi", "Polkovnikə məktub yoxdur", "Patriarxın payızı" və s. əsərləri oxucularının sevimlisinə çevrilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB