Xalq artisti Nuriyyə Əhmədovanın səhhəti yenidən pisləşib. Bu haqda SİA-ya sənətçinin bacısı Maya xanım məlumat verib: "Nuriyyə xanımı ayağa qaldırıb, yeritmək istədik. Lakin ciddi ağrıları olduğu üçün gəzdirmək mümkün olmadı. Səhhəti daha da ağırlaşdı. Yemək yemir. Sadəcə çətinliklə təbii şirələr içir. Hətta gecələr ürək sıxıntıları da olur".
Xalq artistinin bacısı Nuriyyə xanımın sağaldıqdan sonra hara gedəcəyinin hələ ki, sual altında olduğunu söyləydi: "Xəstəxananın bütün xərclərini özümüz ödəyirik. Heç kim maddi yardım etmir. Hətta Nuriyyə xanımın buradan çıxandan sonra hara gedəcəyi məlum deyil. Çünki bacımın evi yoxdur. Məktəbli oğlu ilə qapılarda qalıb. Nuriyyə xanımın oğlu son bir ildə demək olar ki, orta məktəbə də gedə bilmir. Onun 16 yaşı var".
Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova 11 saylı avtobusun sürücüsünün səhlənkarlığı ucbatından yıxılaraq bel nahiyəsindən ciddi zədə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB