Emil Əfrasiyab Berklinin ən yaxşı tələbələrindən biri seçilib FOTO
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ABŞ-ın Boston şəhərində Berkli adına Ali Musiqi Kollecində təhsil alan Respublikanın əməkdar artisiti, klassik pionist Emil Əfrasiyab kollecdə təhsilini davam etdirməklə bərabər, eyni zamanda əlavə təhsil almaq üçün sənədlərini Global Jazz Music məktəbinə də təqdim edib. E.Əfrasiyabın SİA-ya verdiyi məlumata görə, onun müraciəti qəbul olunub və ona bu məktəbdə təhsil almaq imkanı yaradılıb. Belə ki, burada E.Əfrasiyab dünyaca məhşur piyanist, bəstəkar və ictimai xadim, UNİCEF-in xoşməramlı səfiri, UNESCO tərəfindən "Sülh artisti" titulu ilə təltif edilib, Berkli musiqi kollecinin ixtisas üzrə direktoru, Panama Jazz Festivalının təsisçisi və direktoru və nəhayət GRAMMY mükafatçısı, zəmanəmizin ən böyük cazmenlərindən biri Danilo Peresdən dərs alır.
Qeyd edək ki, sonda əməkdar artistə kollecin rəhbərliyi tərəfindən məktub ünvalanıb və kollecin ən yaxşı tələbələri siyahısına düşdüyü bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB