M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında oxucuları maraqlı bir görüş gözləyir. SİA-nın məlumatına görə, aprelin 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Yazıçılar Birliyinin katibi, "Şöhrət" ordenli xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçiriləcək.
Çingiz Abdullayevin əsərləri xarici dillərdə MDB, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsrail və digər ölkələrdə nəşr olunub.
Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev dünyada ən çox oxunan müəlliflərdəndir. Onun detektiv qəhrəmanı Dronqo bütün dünyada məşhurdur. Yazıçı ilə görüş oxucular üçün hər dəfə bayrama çevrilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB