“Cahan” uşaq rəqs qrupunun təntənəli konserti olub

“Cahan” uşaq rəqs qrupunun təntənəli konserti olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cahan" uşaq rəqs qrupunun təntənəli konserti olub. SİA-nın məlumatına görə, qrupunun 7 illik uğurlu fəaliyyətinin yekununu əks etdirən konsertdə 5 yaşdan 14 yaşadək uşaqlar milli və dünya rəqs nümunələrini təqdim ediblər.
Rəqs qrupu üzvlərinin ifaları alqışlarla qarşılanıb.
Müxtəlif yaş təbəqələrindən ibarət uşaq rəqs qrupu fəaliyyət göstərdiyi 7 il ərzində Türkiyənin bir çox şəhərlərində və İran İslam Respublikasında keçirilən uşaq festivallarında ölkəmizi müvəffəqiyyətlə təmsil edərək müxtəlif diplom və mükafatlara layiq görülüb.

Qeyd edək ki, sonda konsert böyük alqışlarla yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə