Nizami Gəncəviyə həsr olunan “Xəmsə” adlı sərgi açılacaq

Nizami Gəncəviyə həsr olunan “Xəmsə” adlı sərgi açılacaq

Rəssam Məhər Məhərrəmovun Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan "Xəmsə" adlı fərdi sərgisi açılacaq. SİA-ya verilən məlumata görə, sərgi Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Gəncə Dövlət Rəsm Qalereyasının və "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə reallaşdırılacaq.

Sərgidə rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemalarına vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40 ədəd əsəri sərgilənəcək.
Sərginin əsas məqsədi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə ideyalarını rəsm əsərlərində cəmiyyətə təqdim etməkdir.

Sərgi 2 gün davam edəcək.

Qeyd edək ki, sərgi aprelin 15-də Muzey Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə