Opera və Balet Teatrında italyan bəstəkarı Covanni Battista Perqolezinin "Qulluqçu-xanım" operasının premyerası olacaq. SİA-nın məlumatına görə, operanın ilk tamaşası 1733-cü ildə nümayiş olunub.

Maraqlı süjet xətti, şən və sadə melodiyalar üzərində qurulan opera ilk dəfədən böyük tamaşaçı marağına səbəb olub və uğur qazanıb. "Qulluqçu-xanım" bu günədək dünyanın ən nüfuzlu opera teatrlarının repertuarını bəzəməkdədir.

Yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist İnarə Babayeva, musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Yusif Babayevdir.

Tamaşada əsas rolları İnarə Babayeva (Serpina), Anton Ferştandt (Doktor Uberto) və Fərid İbrahimov (Vespone) ifa edəcəklər.

Qeyd edək ki, "Qulluqçu-xanım" operasının premyerası aprelin 5-i, saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə