Uşaqlar üçün film çəkiləcək

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında uşaqlar üçün "Dəyərli adlar" adlı yeni bədii film çəkiləcək. SİA-nın məlumatına görə, film uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir.

Qeyd edək ki, filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Cavid Əhmədov və Rafiq Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə