''Aypara'' muğam qrupu Beynəlxalq müsabiqənin qalibi olub

''Aypara'' muğam qrupu Beynəlxalq müsabiqənin qalibi olub

Daşkənddən- Azərbaycan-Özbəkistan dövlətlərinin dostluq konsertindən iki diplomla qayıdan "Aypara" muğam qrupu daha sonra Rusiyanın Çita şəhərində keçirilən milli alətlər orkestrləri və ansambllarının Beynəlxalq müsabiqəsinə videobağlantı vasitəsilə qatılıb. SİA-nın məlumatına görə, müsabiqədə Belarus, Ukrayna, Çin, Rusiya və digər ölkələrdən 60-dan çox kollektiv və 900-dən artıq musiqiçi iştirak edib.

"Aypara" muğam qrupunun tərkibinə II Respublika muğam müsabiqəsinin (2011-ci il) qalibi, xanəndə Aytən Məhərrəmova, Muğam Televiziya Müsabiqəsinin (2007-ci il) laureatı, xanəndə Vüsal Zamanov, 2012-ci ildə keçirilmiş VII Beynəlxalq "Avrasiya səsləri" festivalının qalibləri Ədalət Behbudov (tar) və Pərviz Fərhadov (kamança), eləcə də Ədalət & Pərvizin rəhbərlik etdiyi "Aypara" instrumental ansamblının üzvləri Ruhulla Dadaşov (nağara), Humay Rəhimova (qanun), Kamran Nəsirov (klaviş) və Xəyyam Bünyadov (ud) daxildirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə