Naxçıvanda “Məmməd Araz: taleyi və sənəti” kitabı təqdim olunub
AMEA Naхçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü il 8 iyun tarixli Sərəncamına əsasən hazırlanan "Məmməd Araz: taleyi və sənəti" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində çap edilən 176 səhifəlik kitab haqqında məlumat verib.
O bildirib ki, kitabda xalq şairinin yaradıcılığının müxtəlif aspektlərini təhlil edən 20-yə yaxın məqalə yer alıb. Vətəndaş-şair Məmməd Arazın Azərbaycanda ədəbiyyatın və ictimai fikrin inkişafındakı xidmətlərindən danışan akademik İsmayıl Hacıyev Ümummilli lider Heydər Əliyevin Xalq şairi Məmməd Arazın sənətinə və şəxsiyyətinə verdiyi dəyərdən də bəhs edib: "Şairin anadan olmasının 60 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması, şairin yüksək "İstiqlal" ordeni ilə təltif edilməsi məhz bu qayğının təzahürü olub. Prezident İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam da bu diqqətin və qayğının davamıdır. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Xalq şairi Məmməd Arazın anadan olmasının 80 illiyinin qeyd olunması və görkəmli söz ustadının doğulduğu Şahbuz rayonunun Nursu kəndində ev muzeyinin yaradılması haqqındakı sərəncamları xüsusi əhəmiyyətə malikdir".
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kitabın elmi redaktoru Əbülfəz Quliyev "Məmməd Araz yaradıcılığı: öyrənilməsi və nəşri məsələləri" mövzusunda məruzə edib.
Təqdimat mərasimində İnstitutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev, şöbə müdiri, filologiya üzrə elmlər doktoru Adil Bağırov, şöbə müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov kitabla bağlı fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB