"Rəvayəti Şahzadeyi Xəzər" tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, rollarda xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Kubra Dadaşova, Nicat Kazımov, aktyorlar Sona Babayeva, Manaf Dadaşov, Günel Məmmədova, Elnur Kərimov, Vüsal Mehralıyev, Asiya Atakişiyeva, Zülfiyyə Alhüseynova, İlham Əsədov, Təhminə Məmmədova, Ceyhun Məmmədov, Emin Sevdimalıyev, Natiq Fərzəliyev və başqaları iştirak edir.
Pyesin müəllifi gənc dramaturq Kamran Ağabalayev və əməkdar artist Nicat Kazımovdur. Rejissor, həmçinin rəqs səhnələrinin quruluşçusu -Nicat Kazımov, quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, döyüş səhnələrinin quruluşçusu İsa Əsədov. Tamaşa bir neçə Azərbaycan nağılı əsasında səhnələşdirilib.
Qeyd edək ki, tamaşa 29 mart saat 12:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 4 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə