“Baharın nağılı” adlı tamaşa təqdim olunub

“Baharın nağılı” adlı tamaşa təqdim olunub

Respublikanın əməkdar artisti Tünzalə Əliyevanın (Toppuş bacı) iştirakı ilə, uşaqlar üçün Novruz şənlikləri keçirilib. SİA-nın məlumatına görə, uşaqlara Novruzun sevilən personajları Bahar qız, Kosa və Keçəlin iştirak etdiyi "Baharın nağılı" adlı yeni və maraqlı musiqili tamaşa təqdim olunub. Uşaqlar musiqili tamaşada Bahar qızı ilə ögey ananın, keçəl ilə kosanın, Novruzun, ayının, hiyləgər tülkünün, dovşanın, yırtıcı canavarın rastlaşdığı məcaraları seyr etmək imkanı əldə etdilər. Sonda hamının dostlaşaraq çətinliklərdən necə qurtulduqlarının şahidi olublar.

Qeyd edək ki, adəti üzrə bu bayram şənliklərinə uşaq evlərindən, müharibə veteranları və şəhidlərinin ailə üzvləri, fiziki qüsurlu, əlil uşaqlar təmannasız olaraq dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə