Sumqayıt şəhərində "Sumqayıt fotolarda" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə eyniadlı layihə çərçivəsində həyata keçirilib.
Sərgidə Sumqayıtın bu gününü əks etdirən 10-a yaxın gənc fotoqrafın 30-dan yuxarı foto işi nümayiş olunub.
Layihənin rəhbəri Aysel Abdullazadə Sumqayıtın təkcə gənclər və sənaye şəhəri kimi deyil, həm də gözəl, gəzməli, görməli yerləri olan, turizm cəhətdən perspektivli diyar kimi tanındığını diqqətə çatdırıb: "Sərginin əsas məqsədi turizm zonasının inkişafı və gəncləri foto sənətinə daha da maraqlandırmaqdan ibarətdir".
Sərgidə fotoları nümayiş olunan gənc fotoqraflardan Ömürtay Şükürlü, Zeynal Məmmədli, Nurlan Babazadə, Azad Əzizov, Xalid Əliyev və Türkan Heydərova tədbirdə çıxış edərək layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlıqlarını bildirmiş və tədbirdə iştiraklarından məmnunluqlarını ifadə ediblər
Sonra gənclərin və tələbələrin qatıldıqları sərgiyə baxış keçirilib.
Layihə çərçivəsində hazırlanmış papaq, köynək, buklet və qələmlər tədbir iştirakçılarına paylanılıb.
Qeyd edək ki, sonda iştirakçılar arasında "Ən yaxşı foto"nun müəyyən olunması üçün sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, qaliblər müəyyənləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB