Novruz bayramı Qaradağ rayonunda qeyd olunub

Novruz bayramı Qaradağ rayonunda qeyd olunub

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Qaradağ rayonu ərazisində də geniş qeyd olunub. SİA-nın məlumatına görə, bayram münasibətilə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Parkında geniş tədbir təşkil olunub. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb.

Süleyman Mikayılov sakinləri bayram münasibətilə təbrik etmiş, xoş arzularını bildirib.

Bayram şənliyində xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etmiş, məktəblilər şeirlər oxumuş, gənc pəhləvanlar meydan mübarizəsinə çıxıblar. Kəndirbazlar da öz məharətlərini göstəriblər.

Qeyd edək ki, tədbir bayram konserti ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə