“Azərbaycan muğamları” və “Ramiz Zöhrabov: görkəmli musiqişünas-alim” kitablarının təqdimatı olub FOTO

“Azərbaycan muğamları” və “Ramiz Zöhrabov: görkəmli musiqişünas-alim” kitablarının təqdimatı olub FOTO

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli musiqişünas-alim, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun "Azərbaycan muğamları" və gənc musiqişünas Leyla Zöhrabovanın tərtib etdiyi "Ramiz Zöhrabov: görkəmli musiqişünas –alim" adlı kitabların təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova, ABİ-nın katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, ABİ-nin katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə Ramiz Zöhrabovun həyat və yaradıcılığı haqda zalda əyləşənlərə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, sonda R. Zöhrabov tərəfindən nota salınan "Segah" təsnifi səsləndirililib.

Bütün xəbərlər Facebook səhifəmizdə