Tanınmış caz ifaçıları Elnur Hüseynov və Diana Hacıyeva Novruz bayramına həsr olunmuş xüsusi proqramla çıxış edəcəklər. SİA-nın məlumatına görə, ifaçılar yeni proqramı gənc və istedadlı "iJazz" qrupunun müşayiəti altında təqdim edəcəklər. Novruz bayramı ilə əlaqədar hazırlanan xüsusi kampaniya çərçivəsində "iJazz" qrupu martın 21-dən 23-dək hər axşam "Pik Palace" otelində çıxış edəcək.
Elnur Hüseynov Diana Hacıyeva ilə Azərbaycanın ən yüksək dağlıq yerində çıxış edən ilk yerli müğənnilər olduqlarından məmnunluğunu bildiriblər. Diqqətə çatdırılıb ki, Novruz bayramı xüsusi bir gündür və həmin axşam konsertə gələn insanların baharla görüşünün xüsusi olması üçün ifaçılar əllərindən gələni əsirgəməyəcəklər.
Qeyd edək ki, konsert otelin "Acacia" zalında təşkil olunacaq. "Pik Palace" oteli Azərbaycanın ən yüksək dağlıq ərazisində, Bakıdan 230 km şimalda yerləşir və Şahdağ mənzərəsinə açılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB