Mətbuatda xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəylinin ayaqlarının tutulması barədə yayılan xəbər yalan çıxıb. SİA-ya xalq artistinin qızı Cəlalə Əzizbəyli məlumat verərək xəbəri təkzib edib: "Atamla bağlı mediada yayılan məlumat kökündən yalandır. Atam insult xəstəliyindən əziyyət çəkir. Həkimlər bu xəstəliyin uzun müddət müalicə tələb etdiyini deyir. Şükürlər olsun ki, atamın səhhəti yavaş-yavaş düzəlir. Təbii ki, tam sağalmasa da müəyyən qədər irəliləyişlər var. Hətta gəzdiyini də deyə bilərəm. Yaddaşı isə beyni ilə əlaqəli olduğu üçün unutqanlıqların baş verməsi normaldır. Maddi baxımdan isə hələ də heç kim xalq artistinə kömək etmir".
Qeyd edək ki, Ramiz Əzizbəyli hazırda Tibb Universitetində müalicəsini davam etdirir. O, bir müddət əvvəl avtomobil qəzası keçirmişdi. Lakin maddi imkansızlıqdan evində müalicə alırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB