Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyi ilə "British Council" təşkilatının dəstəyi ilə tanınmış İrlandiya dramaturqu Martin Makdonaxın "Lineyn trilogiyası" pyesinin motivləri əsasında "Lineynin gözəllik kraliçası" tamaşasının premyerası olub. SİA-nın məlumatına görə, "Lineynin gözəllik kraliçası" tamaşasında qoca və qəzəbli Meq və onun tənha qızı Morin arasında mürəkkəb münasibətlər təsvir olunur. Rolları əməkdar artistlər Şəfəq Əliyeva və Elşən Rüstəmov, Zülfiyyə Əlihüseynova və Eşqin Quliyev ifa ediblər. Tamaşanın rejissoru Ayla Osmanovadır.
Britaniyalı quruluşçu rejissor Yan Uilem van den Box bildirmişdir ki, premyera onun gözləntilərini geridə qoyub. Aktyorlar səhnədə gözəl obrazlar yaradıblar.
Tamaşa gurultulu alqışlarla qarşılanıb.
"Lineyn trilogiyası" Böyük britaniyalı teatr rejissorunun və üç azərbaycanlı rejissorun – Ayla Osmanova, Sərvər Əliyev və Gülnar Hacıyevanın birgə quruluş verdikləri ilk səhnə əsəridir.
Martın 11-də "Konnemaradan kəllə" və "Tənha Qərb" tamaşalarının da premyeraları olub.
Qeyd edək ki, "Lineyn trilogiyası" 3 ay müddətində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB