Sumqayıt şəhərinin görməli yerlərinin fotoları nümayiş olunacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində "Sumqayıt fotolarda" layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimə layihədə iştirak edəcək gənc fotoqraflar qatılıblar.
Tədbirdə çıxış edən layihənin rəhbəri Aysel Abdullazadə diqqətə çatdırıb ki, Sumqayıt təkcə öz tarixi ilə deyil, eyni zamanda, turizm mərkəzi kimi də tanınıb.
Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində martın 16-da sərgi keçiriləcək. Bu sərgidə Sumqayıt şəhərinin görməli yerlərinin fotoları nümayiş olunacaq. Layihənin əsas məqsədi tarixi abidələrin təbliği, turizm zonasının inkişafı və gənclərin foto sənətinə olan marağını artırmaqdır.
Qeyd edək ki, həyata keçirilən işlər çərçivəsində təbliğat materialları da çap edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB