Arif Quliyev yenidən efirlərdə

Azərbaycanın xalq artisti Arif Quliyev yeni layihəsini təqdim etməyə hazırlaşır. Bu haqda SİA-ya aktyorun özü məlumat verib: "Hələlik verilişin anonsu çəkilib. Bu "Zarafatsız" verilişinin yeni formasıdır. Fariz Əliyev verilişin ssenari müəllifidir. Çəkilişlər gələn həftədən başlayacaq. Onu da deyim ki, verilişi mənimlə birgə Elşad Usubov da aparacaq. Sözügedən veriliş Space telekanalında yayımlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə