Bu gün Əliabbas Qədirovun doğum günüdür FOTOLAR

Bu gün Əliabbas Qədirovun doğum günüdür FOTOLAR

Bu gün Azərbaycanın xalq artisti Əliabbas Qədirovun doğum günüdür. SİA-nın məlumatına görə, xalq artisti 13 fevral 1946-cı ildə Bakıda dünyaya gəlib. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda – Mehdi Məmmədovun kursunda təhsil alıb (1964-1969). 1970-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Bir çox televiziya və radio tamaşalarında, kinofilmlərdə rəngarəng obrazlar yaradıb. Televiziyada "Komediyalar aləminə səyahət" verilişinin ilk aparıcısı olub. Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri işləyib.

Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. "Sevinc buxtası" filmində oynadığı Nazim roluna görə Dövlət mükafatına layiq görülüb (1978). Əməkdar artist, xalq artisti adlarını alıb, "Qızıl dərviş" mükafatı laureatı olub, "Şöhrət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, 2006-ci il mart ayının 8-də leykemiya xəstəliyindən vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə