Miladi: 07 fevral 2014
Hicri: 7 rəbiul axir 1435
İlin 38-ci günü
İlin sonuna 327 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:32
Günəş – 07:44
Zöhr – 12:58
Əsr – 16:07
Məğrib – 18:20
İşa – 19:37
1550 - III Yulius Roma Papası seçilib.
1613 - I Mixail Rusiya İmperiyasının çarı olub.
1855 - Simodada Rusiya - Yaponiya müqaviləsi imzalanmış və iki ölkə arasında "Əbədi sülh və səmimi dostluq" elan edilib. (Simod traktatı).
1900 - İngiltərə İşçi Partiyası yaradılıb.
1919 - Azərbaycanlı kinorejissor Tofiq Tağızadə dünyaya gəlib.
1924 - SSRİ və İtaliya arasında diplomatik əlaqələr qurulub.
1928 - Türk musiqiçi və teatr aktrisası Aysel Gürel dünyaya gəlib.
1962 - Amerika Birləşmiş Ştatları Kuba ilə olan bütün iqtisadi əlaqələri kəsib.
1965 - ABŞ aviasiyası Şimali Vyetnama "Flaming Dart" əməliyyatı çərçivəsində zərbələr endirib.
1971 - İsveçrədə qadınlara seçki hüququ verilib.
1988 - Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov anadan olub.
1990 - Sovet İttifaqı Kommunist Partiyası öz səlahiyyətlərindən imtina etməyə hazır olduğunu bildirib.
1991 - Haitinin ilk seçilmiş prezidenti Jan Bertran Aristide öz səlahiyyətlərinin icrasına başlamışdır.
1991 - Azərbayjan Respublikası Ali Sovetinin qərarı ilə Şaumyan (kənd) rayonu ləğv edilib, rayonun ərazisi Goranboy rayonu ilə birləşdirilib. Mirbəşir rayonu Tərtər, Şamxor isə Şəmkir adlandırılıb.
1992 - Erməni silahlı qüvvələri 1991-ji ilin dekabrından mühasirədə saxladıqları strateji əhəmiyyətli Sırxavənd kəndini (Ağdərə rayonu) işğal edib.
1992-ci ilin yayında Milli Ordunun Qarabagın şimalında apardığı əməliyyat zamanı Ağdərə rayonunun böyük hissəsi, o cümlədən Sırxavənd işğalçılardan təmizlənmişdi. 1993-cü ilin fevralında bu ərazilər xəyanət nəticəsində yenidən ermənilərin əlinə keçdi.
1992 - Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri Maastrix müqaviləsi imzalanıb.
1995 - ABÇ-ın "Discovery" kosmik gəmisi Rusiyanın "Mir" kosmik stansiyasına birləşib.
1998 - Yaponiyanın Naqano şəhərində XVIII Qış Olimpiya Oyunlarının açılışı olub.
2005 - Prezident İlham Əliyev manatın denominasiyası haqqında fərman imzalayıb. Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən dövriyyəyə yeni əskinaslar (1 yeni manat (AZN) - 5000 köhnə manat nisbətində) buraxıldı. 1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarıldı.
2007 - Tbilisidə Azərbayjan prezidenti İlham Əliyev, Gürjüstan prezidenti Mixail Saakaşvili, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı sənədlər, regional əməkdaşlıq haqqında "Tbilisi bəyannaməsi" imzalanıb. Layihənin Gürcüstan hissəsinin maliyyəsi üçün krediti Azərbaycan ayırıb.
2013 – Azərbaycan Yazıçılar İttifaqının üzvü, şair Şaiq Vəli vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB