Hakerlərin növbəti hədəfi teatr saytı olub. Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının saytı (www.azdrama.az linki ilə) hakerlər tərəfindən sındırılıb və sözügedən veb sayta daxil olmaq mümkün deyil. Bu barədə SİA-ya Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov məlumat verib: "Akademik Milli Dram Teatrının yeni veb saytı hazırlanır. Artıq saytın son tamamlama işləri gedir. O ki qaldı əvvəlki saytın sındırılmasına, bildiyiniz kimi, bu gün bir çox saytların sındırılmasının şahidi oluruq. Heç bir müəssisə bu cür hadisələrdən sığortalanmayıb. Analoji halların təkrarlanmaması üçün yeni saytda daha güclü mühafizə sistemi yaratmağa çalışacağıq. Yeni veb saytımız çox güman ki, mart ayının əvvəllərinə, bəlkə də daha tez istifadəyə veriləcək. Bu, işin gedişatından asılıdır".
Qeyd edək ki, Akademik Milli Dram Teatrının rəsmi internet səhifəsi 2007-ci ildə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB