2, 4 may tarixlərində Bakıda Heydər Əliyev Sarayında Rusiya estradasının populyar müğənnisi Stas Mixaylovun solo-konserti keçiriləcək. SİA-nın xəbərinə görə, "Свеча" (1997), "Посвящении" (2002), "Позывные на любовь" (2004), "К тебе иду" (2005), "Берега мечты" (2006), "Небеса" (2007), "Жизнь - река" (2008), "Живой" (2010), "Только ты" (2011), "Джокер" (2013) kimi albomları müğənniyə böyük populyarlıq gətirib, onun nəinki Rusiyada, həmçinin ölkənin hüdudlarından kənarda tanınmasına və sevilməsinə səbəb olub.
Bəstələdiyi və ifa etdiyi biri-birindən gözəl mahnılarla Rusiya şou-biznesinin gündəmində qalmağı bacaran, həmişə arzu olunan sənətçi olan S.Mixaylov Azərbaycanda da çox sevilir.
Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrinin konsert zallarında ən çox tamaşaçı toplayan müğənnilərdən olan Stas Mixaylov may ayının 2-də və 4-də "Joker" adlı yeni solo-konsert proqramı ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Konsert proqramında Stas Mixaylovun məşhur xitləri ilə yanaşı, yeni mahnıları da yer alacaq. Hər bir mahnını yüksək keyfiyyətli, ustalıqla hazırlanmış animasiya filmləri və videoçarxlar müşayiət edəcək.
Müasir işıq və səs texnikası ilə təchiz olunmuş, yüksək peşəkarlıq qabiliyyətinə malik musiqiçilərin və bek-vokalın müşayiəti ilə keçəcək təkrarsız konsert proqramı tamaşaçıları səhnədə baş verənlərə biganə qalmağa qoymayacaq.
Biletlər 30 AZN-dən başlayan qiymətlərlə şəhərin kassalarında satılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB