Eldar Qasımov konsert verəcək

"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov konsert verəcək. SİA-nın məlumatına görə, Eldar "The One" adlı layihəsi ilə sevənlərini bir araya toplayacaq.

Nəzərinizə çatdıraq ki, konsertin təşkilatçısı "Stereo Group"-dur. Konsertdə müğənni ilə yanaşı, dj Mansur, dj JFT və dj Ruidoloco disco-party ilə izləyənlərin əhval-ruhiyyəsinə rəng qatacaqlar.

Qeyd edək ki, konsert fevral ayının 23-ü saat 20:00-da paytaxtın "Pasifico lounge" restoranında baş tutacaq. Biletlərin qiyməti isə 20 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə