Bakıda “Babu” adlı Belarus-Azərbaycan filminin premyerası olub
"Nizami" Kino Mərkəzində Azərbaycan və Belarus kinematoqrafçılarının çəkdiyi "Babu" bədii filminin premyerası olub. SİA-nın məlumatna görə, SSRİ dağıldıqdan sonra müstəqillik dövründə ilk dəfə olaraq Belarus və Azərbaycan birgə kinofilm yaradıblar. "Babu" tammetrajlı filmi Belarus Respublikası Mədəniyyət Nazirliyinin, Belarusun "New Wave Production" kino şirkətinin sifarişi, "Belarusfilm" kinostudiyasının iştirakı ilə çəkilib. Filmin prodüserlərindən biri "Nərimanfilm" kinostudiyasıdır.
Filmin nümayişindən əvvəl Azərbaycan Kinomatoqrafçılar İttifaqının icraçı katibi, İctimai Teleradio Verilişləri Şirkətinin rəhbəri Cəmil Quliyev çıxış edərək bildirib ki, Azərbaycan və Belarus kinematoqrafçılarının əməkdaşlığının əsası hələ 1937-ci ildə, Viktor Popov ilə Qəmər Salamzadənin birlikdə çəkdikləri "Dəcəl dəstə" filmi ilə qoyulun. O, filmin yaradıcı heyətini təbrik edərək bu film iki xalq arasında dostluq, əməkdaşlıq və qardaşlığın təcəssümü olacağını vurğulayıb.
Tədbirdə çıxış edən Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Patskeviç bu filmi ölkələrimiz arasında diplomatik münasibətlərin 20-ci ildönümünün tamam olduğu bir ildə müasir tarix haqqında yaradılmış qeyri-adi film adlandırıb: "Bu film zamanın tələbinə real cavabdır. Mən filmdə Leyla rolunun ifaçısı Həmayil Həsənovaya, habelə aktyorlar Kamran Ağabalayevə və Nigar Əhmədovaya təşəkkürümü bildirirəm".
Nəzərinizə çatdıraq ki, filmdə hadisələr indiki dövrdə Belarus, Rusiya və Azərbaycan ərazisində cərəyan edir. Film kriminal ekşen janrında çəkilib.
Moskvada işgüzar səfərdə olan Azərbaycan biznesmeninin yeddi yaşlı qızını oğurlayırlar. Qızı Avropaya aparmaq üçün onu Belarusdan keçirərək Qərb sərhədinə doğru hərəkət edirlər. Lakin təsadüflər və gözlənilməz hadisələr əməliyyatın qabaqcadan düşünülmüş gedişini pozur.
Qeyd edək ki, filmin son kadrlarından biri tamaşaçıların alqışları ilə qarşılanıb. Bu kadrlarda Belarus Respublikasının əməkdar artisti Tamara Mironovanın ifa etdiyi Leylanı xilas edən yaşlı belarus qadın qızın ailəsi ilə birlikdə Bakıya gələrək məscidin ərazisinə daxil olur və Allaha üz tutaraq xaç çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB