AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər doktoru Adil Mirabdullayevin "Российкая Федерация – страны СНГ" (Стратегические приоритеты и политические реалии постсоветского периода) adlı monoqrafiyası Alman Milli Kitabxanası tərəfindən rus dilində nəşr olunub. SİA-nın məlumatına görə, monoqrafiyada Rusiya Federasiyasının MDB ölkələrindəki strateji prioritetləri araşdırılmış, onun Mərkəzi Asiyada, Cənubi Qafqazda, Pribaltikada, Moldova, Belarusiya və Ukraynada xarici siyasi maraqlarının öyrənilməsi haqqında geniş araşdırma aparılıb. Həmçinin kitabda postsovet məkanında Rusiya Federasiyasının xarici siyasət kursunun əsas formalaşma mərhələləri təhlil edilmiş, qonşu ölkələrdə Rusiyanın həyata keçirdiyi strategiyasının əsas istiqamətləri öyrənilərək müəyyənləşdirlib.
Bundan başqa, monoqrafiyada Rusiyanın baltikyanı ölkələr, Mərkəzi Asiya və region ölkələrilə qarşılıqlı münasibətlərinin əsas parametrləri, apardığı siyasi xətt aydınlaşdırılıb. Həmçinin Cənubi Qafqazada, xüsusilə Azərbaycan Respublikasında da müasir dövrdəki strateji maraqları təhlil edilib.
Qeyd edək ki, elmi işçilər, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutlan kitab AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB