"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev SİA-ya açıqlamasında bildirib ki, əməkdaşlıq çərçivəsində "Bakı Film İnstitutu"nda kinorejissor və aktyor kurslarına tələbə qəbuluna start verilib. Tələbələrə isə xüsusi güzəştlər olacaq.
Nəzərinizə çatdıraq ki, tələbə təcrübə proqramı çərçivəsində reallaşan əməkdaşlığın məqsədi müxtəlif ixtisaslı tələbələrin yaxın gələcəkdə təcrübəyə cəlb edilməsi, onların kinoprodüserlik, aktyorluq, kinorejissorluq və digər sahələrdə biliklərinin artırılması və tələbələr üçün yeni imkanların yaradılmasıdır.
Qeyd edək ki, təcrübə proqramında iştirak etmək arzusunda olan gənc kinematoqrafçılar və bu sahədə inkişaf etmək istəyən tələbələr atgti.az ünvanına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB