İzləyici sayı ilə rekord vuran yeni türk filmi Nizami Kino Mərkəzində nümayiş olunacaq

İzləyici sayı ilə rekord vuran yeni türk filmi Nizami Kino Mərkəzində nümayiş olunacaq

Yanvarın 23-dən Nizami Kino Mərkəzində "Dügün Dernek" adlı türk filminin nümayişinə başlanılacaq. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, izləyici sayı ilə rekord vuran, rejissoru və ssenari müəllifi Selçuk Aydemir olan bu film komediya janrında çəkilib.

Nəzərinizə çatdıraq ki, film Azərbaycan tamaşaçılarının istəyi ilə yalnız Nizami Kino Mərkəzində göstəriləcək. Filmin sujet xəttinə görə, Sivasın Esenyurt kəndində yaşayan İsmayılın oğlu Tarık xaricdən qayıdır. İlk baxışdan vətən həsrəti çəkən biri kimi görünsə də, onun gəlişinin əsas səbəbi tezliklə ortaya çıxır. Çalışdığı Latviyada Monika adlı qızla bərabər olan gənc bu ölkədə işləmək üçün onunla evlənməlidir. Oğlunu mütləq toy-düyünlə evləndirməkdə qərarlı olan atası İsmayıl pulu olmasa da, qaz balonu daşıyan Fikrəti, Çətini və kəndin müəllimi Səffəti səfərbər edərək 10 gün ərzində sazlı-sözlü toy hazırlığına başlayır.

Qeyd edək ki, tamaşaçılara bol-bol gülüş vəd edən sözügedən filmin qəhrəmanlarını aktyorlar Ahmet Kural, Murat Cemcir, Rasim Öztekin, Devrim Yakut və Barış Yıldız canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə