Əbülfəs Qarayev 8-ci İslam Konfransında iştirak edir

Əbülfəs Qarayev 8-ci İslam Konfransında iştirak edir

21-23 yanvar 2014-cü il tarixində 2013-cü ilin mədəniyyət paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESKO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransı keçirilir. SİA-mın məlumatına görə, konfransda ölkəmizi Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qaeayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

8-ci konfransın açılış mərasimində Ə.Qarayev 7-ci konfransın prezidenti kimi çıxış edərək İSESKO-nun son iki il müddətindəki fəaliyyətini yüksək qiymətləndirib. Konfrans çərçivəsində "Mədəni hüquqların sülh və dialoqda rolu" sessiyasında isə Ə.Qarayev Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi çıxış edərək son iki ildə Azərbaycan-İSESKO əməkdaşlığının inkişafından, həyata keçirilən birgə layihələr və gələcək perspektivlərdən bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrikini konfrans iştirakçılarına çatdırıb.

Səfər çəçivəsində Nazir Ə.Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Othman Altvaijri və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Mohieddin Khoja ilə görüşlər keçirib.

Qeyd edək ki, Ə.Qarayev həmçinin Səudiyyə Ərəbistanı Kral ailəsinin üvzü Mədinənin əmiri Feysəl bin Salman Əl Saud ilə də görüşmüş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə