Miladi: 18 yanvar 2014
Hicri: 17 rəbiul əvvəl 1435
İlin 18-ci günü
İlin sonuna 347 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:46
Günəş – 08:00
Zöhr – 12:54
Əsr – 15:43
Məğrib – 17:55
İşa – 19:16
1258 – Hülakü xan Bağdadı mühasirəyə alıb.
1654 – Rus İmperiyası Ukraynanı işğal edib.
1689 – Fransız filosof Şarl Lui Monteskyö anadan olub.
1778 – İngilis səyyah Ceyms Kuk Havay adalarını kəşf edib.
1825 – Moskvada "Bolşoy Teatr" açılıb.
1871 – Alman İmperiyası (İkinci Reyx) elan edilib.
1896 – Rentgen (X-şua) cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilir. Yaradıcısı əvvəlcə ona "X" adı ona görə vermişdi ki, şüanın xarakteristikası o zaman fizikaya bəlli deyildi.
1903 – Tanınmış Azərbaycan pedaqoqu və təhsil təşkilatçısı Mehdi Mehdizadə anadan olub.
1904 – ABŞ və Böyük Britaniya aktyoru Keri Qrant anadan olub.
1911 – İlk dəfə təyyarə gəminin üzərinə endi. Pilot Eugene B. Ely, San-Françisko limanında olan USS Pennsylvania gəmisinə enib.
1919 – Paris sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.
1923 – BBC-yə İngiltərədə radio yayımına görə lisenziya verilib
1926 – Yusif Vəzir Çəmənzəminlinin sovet vətəndaşlığı bərpa edilib.
1926 – "Knyaz Potyomkin zirehli gəmisi" filmi ekranlara çıxıb.
1927 – Amerika Senatı Lozan konfransının qərarlarını ratifikasiya etməkdən imtina edib.
1941 – Azərbaycan kinorejissoru Eldar Quliyev anadan olub.
1943 – Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.
1947 – Aktyor, rejissor Takeşi Kitano anadan olub.
1947 – Azərbaycan xalq artisti, rəqqasə Afaq Məlikova anadan olub.
1955 – Aktyor Kevin Kostner anadan olub.
1990 – Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib.
1990 – 13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.
1991 – "Səhrada tufan" əməliyyatının ardından İraq ordusu Tel Əvivə və Hayfaya Scud raketləri atıb.
1996 – Maykl Cekson ilə Lisa Marie Presleynin iki il davam edən evlilikləri boşanma ilə sona çatıb.
2005 – 800 sərnişin tutumlu "Airbus A380" təyyarəsi Fransanın Tuluz şəhərində mediaya təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB