Azərbaycanı "Eurovision-2014" mahnı müsabiqəsində təmsil etmək iddiasında olan ifaçılar "Böyük səhnə" layihəsinin super kastinqlərində yarışmağa başlayıblar. SİA-nın məlumatına görə, bu mərhələdə əsas şouda iştirak edəcək 12 nəfər müəyyən olunacaq.
Nəzərinizə çatdıraq ki, bu mərhələdə bölgələr və paytaxt üzrə keçirilən ilkin dinləmələri uğurla başa vuran şəxslər yenidən səs və səhnə imkanlarını nümayiş etdirirlər.
Bu dəfə onlar peşəkarlardan ibarət münsiflər heyəti qarşısında çıxış edəcəklər. Müsabiqədə 16 yaşdan yuxarı ifaçılar yarışır. "Böyük səhnə" layihəsinin əsas şousuna vəsiqə qazanacaq şəxslər məhz bu mərhələdə müəyyən olunacaqlar. Ümumilikdə, 7 həftə davam edəcək "Böyük səhnə" layihəsi çərçivəsində tamaşaçılara iki fərqli, rəngarəng və dinamik yarımfinal və final şouları da təqdim ediləcək.
Layihənin qalibi, yəni Azərbaycanın "Euovision-2014" mahnı müsabiqəsində təmsilçisi isə martın 2-də müəyyən olunacaq.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Böyük səhnə" televiziya müsabiqəsi gənc istedadların peşəkar fəaliyyətinə əhəmiyyətli təsir edəcək. Yanvarın 27-dən etibarən İctimai Televiziyanın efirində kastinqlərin və ümumilikdə, müsabiqənin gedişi ilə bağlı silsilə verilişlər yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB