Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə muzeyin filialı olan Niyazinin Mənzil Muzeyində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar İncəsənət Xadimi, Bakı Musiqi Akademiyasının dosenti Fəxrəddin Kərimovla görüş keçiriləcək.
Nəzərinizə çatdıraq ki, Fəxrəddin Kərimov 1956-cı ildə anadan olub. Bülbül adına orta ixtisas məktəbini bitirdikdən sonra 1973-1978-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasinda violino sinfində təhsil alib. 1982-1988-ci illərdə H.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın xalq artistləri V.Gergiyev və İ.Musinin sinfində oxuyub. 1989-1991-ci illərdə Kirov adına opera və balet teatrinda (Mariinski teatr) təcrübəçi-dirijor olub (rəhbər - V.Gergiyev). 1991-2001-ci illərdə İstanbulun Memar Sinan Universiteti nəzdində Dövlət Konservatoriyası simfonik orkestrinin dirijoru kimi çalışıb. 1995-ci ilə İstanbul şəhər Bələdiyyəsinin dəvəti ilə C.R.Rey adına konsert zalı nəzdində opera və simfonik orkestri yaradaraq 1995-1999-cu illərdə həmin kollektivə rəhbərlik edib. 2000-ci ildə İzmir Dövlət Opera və Balet Teatrı tərəfindən S.Prokofyevin "Romeo və Culyetta" baletinə musiqi rəhbəri qisminde dəvət alan F.Kərimov 2001-2004-cü illərdə bu teatrda baş dirijor vəzifəsində çalişıb. Bir çox festivalların – "Belıye noçi" (1996, Sankt-Peterburq), I Beynelxalq Türk Musiqisi Festivali (1999), K.Silvestri adina beynelxalq festival (2000, Ruminiya), "İ.Arxipova və V.Pyavko devət edirlər..." (2004, Yakutsk) və s. iştirakçısı olub. 2004-cü ildən Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Bakı Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının dosentidir.
Qeyd edək ki, görüş yanvarın 15-i saat 18:00-da Niyazinin Mənzil Muzeyində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB