Aprel ayında Azərbaycan teatr və kino sənətinin korifeylərindən biri Rza Təhmasibin 120 illiyi tamam olacaq. SİA-nın məlumstıns görə, bu münasibətlə Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə tədbir keçiriləcək.
Nəzərinizə çatdıraq ki, tədbirdə sənətkar haqqında geniş məlumat veriləcək, çəkildiyi tamaşa və filmlərdən parçalar nümayiş olunacaq.
Milli teatrımızın inkişafında bu sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin parlaq səhifələrini təşkil edir.
Qeyd edək ki, Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində böyük xidmətlər göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB